"Zirə" məşqçisi Borçe Xristovla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Şimali Makdeoniya Futbol Federasiyasının müraciətini nəzərə alan "Zirə" çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Xirstov bundan sonra karyerasını vətənində davam etdirəcək. O, Şimali Makedoniya Futbol Federasiyasının təhsil mərkəzinin direktoru vəzifəsində çalışacaq və yeniyetmələrdən ibarət milli komandaların strategiyası və hazırlığına rəhbərlik edəcək.
“Şamaxı”da növbəti ayrılıq
Zamiq oynadı, komandası qələbə qazandı
“Araz-Naxçıvan” “Səbail”ə qarşı
Diniyev oynadı, komandası heç-heçə etdi
Hakimlərimiz Antalyada daha 2 oyun idarə edib