AZ

Evdən çürümüş meyit tapıldı

Bakıda evdən çürümüş meyit tapılıb.

Məlumata görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Mənzil sahibini uzun müddətdir görməyən və pis qoxu hiss edən qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər. Xilasedicilərin müdaxiləsi ilə mənzilin qapısı açılıb. Bağlı qapı arxasından ev sahibi 70 yaşlı Əliyev Cəsarət Səddar oğlunun meyiti aşkar edilib. Meyitin üzərində çürümə əlamətləri müşahidə olunub.(Lent.az)

Seçilən
23
2
news365.az

3Mənbələr