AZ

Borçe Xristov “Zirə”dən getdi - Rəsmi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” klubu əsas komandanın məşqçisi Borçe Xristov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlimat yayıb.

Xəbərdə bildirilir ki, Şimali Makdeoniya Futbol Federasiyasının müraciətini nəzərə alan “Zirə” çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Belə ki, mütəxəssis bundan sonra karyerasını vətənində davam etdirəcək. O, Şimali Makedoniya Futbol Federasiyasının təhsil mərkəzinin direktoru vəzifəsində çalışacaq. Borçe Xristov həm də ölkəsinin yeniyetmələrdən ibarət milli komandalarının strategiyası və hazırlığına rəhbərlik edəcək.

“Zirə” PFK Borçe Xristova komandaya göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyersında uğurlar arzulayıb.

Seçilən
7
24
arena.az

10Mənbələr