AZ

Şolts iki alman nazirin Ukraynaya 3 milyardlıq hərbi yardım paketini blokladı...

Image

Almaniyanın xarici işlər naziri Annalena Berbok və müdafiə naziri Boris Pistorius Ukraynaya 3 milyard avroluq hərbi yardım paketi təklif etmək istəyirlər, lakin bu təklif baş nazir Olaf Şolts tərəfindən bloklanır. 

“Der Spiegel” nəşri mənbələrə istinadə yazır ki, 2024-cü ilin noyabrında hökumət koalisiyasının dağılmasından sonra nazirlər yeni yardım tranşı üzərində işləməyə başlayıblar. Onlar ümid edirlər ki, fevralın 23-də federal seçkilərə qədər Kiyevin ehtiyac duyduğu silahların, xüsusən də IRIS-T hava hücumundan müdafiə sistemləri, təkərli haubitsalar və artilleriya mərmilərinin çatdırılması təsdiqlənəcək.

TAHİR





Seçilən
18
baki-xeber.com

1Mənbələr