Ağstafa rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa rayon sakini, 1988-ci il təvəllüdlü N.Pənahov qarın nahiyəsindən bıçaqlanıb.
O, öncə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Daha sonra Qazax Mərkəzi Rayon Xəstəxanasına göndərilib.
Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.