AZ

Qubada başverənlər, Vüqar Nadirovun istefasının səbəbi... – “Kimsə də gəlib o pulu məndən ala bilməz”

İkinci liqanın daha bir klubundan bəd xəbərlər gəlməkdədi.

Belə görünür ki, “Hypers Quba”da qeyri-peşəkarlıq hökm sürür. Redaksiyamıza daxil olan məlumata görə, klub futbolçuların noyabr və dekabr üçün pulları tam ödəməyib. Vəziyyət o yerə çatıb ki, futbolçular AFFA-ya müraciət etməyə hazırlaşır. Klubdaxili problemlər noyabrın əvvəlində baş qaldırıb. Maaşını ala bilməyən futbolçular Vüqar Nadirovun “yaxasından yapışıb” ki, bizi komandaya sən gətirmisən, cavab ver.

Nadirov da vəziyyəti yoluna qoya bilmədiyini görərək başını tutub və komandadan uzaqlaşıb. O gedəndən sonra komandaya gətirdiyi futbolçular çətin günlər yaşayıb. Min bir əziyyətdən sonra noyabrın maaşını alanlar isə mükafatı ala bilmir. Futbolçular klub prezidenti Ayaz Abdullayevə az qala yalvarmaq həddinə çatsalar da, rəhbər şəxs müraciətlərə laqeyd yanaşıb. Hətta peşəkar müqaviləsi olan bəzi futbolçular komandanın ümumi “vatsap” qrupundan çıxarılıb. Prezident futbolçulardan bəzilərinə belə deyib:
“pulunuzu vermirəm, gedin hara istəyirsiz, şikayət edin. Kimsə də gəlib o pulu məndən ala bilməz”.


Quba klubunda başverənlər, yəqin ki, tezliklə AFFA-nın divarları arasında müzakirə olunacaq. Hadisələrin axarını nəzərinizə çatdıracağıq. Amma uzun müddət futbolsuz qalan bir bölgənin belə klubunun olmasından olmaması yaxşıdı.

ORXAN
Seçilən
12
football-plus.az

1Mənbələr