Ermənistanda 27 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, İrəvan-Gümrü yolundakı qəzaya səbəb magistral yolun buz bağlaması və qatı duman olub.
Qəza nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.