Fransanın şərqində Strasburqda iki tramvayın toqquşması nəticəsində xəsarət alanların sayı artıb.
“Far.Az” xəbər verir ki, bu barədə Aşağı Reyn departamentinin yanğınsöndürmə və xilasetmə xidmətinin rəhbəri Rene Silye məlumat verib.
Onun sözlərinə görə, qəza nəticəsində 50 sərnişin yaralanıb: “Xəsarətlərin həyatı təhlükəsi yoxdur. Yaralıların yarısı xəstəxanalara yerləşdirilib”.
R. Silye əlavə edib ki, tramvaylarda təxminən 150 nəfər olub.
Fransanın Strasburq şəhərində tramvayların toqquşması nəticəsində azı 30 nəfər xəsarət alıb.
“Far.Az” bu barədə yerli “Actu17” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, tramvaylardan biri digərinin yoluna çıxıb. Qəzada azı 30 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.
Nəşr hesab edir ki, qəzaya ilkin səbəb kimi açarların dəyişdirilməsində səhv ola bilər.
Vurğulanıb ki, Strasburq stansiyasında tramvay hərəkəti hər iki istiqamətdə dayandırılıb.