AZ

Bundesliqa: “Bayern” və “Ayntraxt”a 3 xal üçün 1 qol bəs etdi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Frayburq” – “Holştayn” matçında meydan sahibləri qələbə qazanıblar. “Haydenhaym” evdə “Union Berlin”i, “Maynts” isə “Boxum”u 2 cavabsız qolla məğlub edib.

“Hoffenhaym” doğma meydanda “Volfsburq”a, “Sankt Pauli” isə “Ayntraxt”a minimal hesabla uduzub. Səfərdə “Borussiya” (Mönhenqladbax) ilə qarşılaşan “Bayern” də 3 xalı tək qolla qazanıb.

16-cı turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
16-cı tur
10 yanvar

Borussiya (Dortmund) – Bayer 2:3
Qollar: Gittens, 12. Girassi, 79-pen – Tella, 1. Şik, 8; 19.

11 yanvar

Frayburq – Holştayn 3:2
Qollar: Remberq, 23-öz qapısına. Gunter, 38. Qrifo, 74 – Harres, 85; 90.

Haydenhaym – Union Berlin 2:0
Qollar: Kratsiq, 17. Bek, 83.

Hoffenhaym – Volfsburq 0:1
Qol: Amura, 29.

Maynts – Boxum 2:0
Qollar: Burkardt, 23; 69.

Sankt Pauli – Ayntraxt 0:1
Qol: Marmuş, 32.

Borussiya (Mönhenqladbax) – Bayern 0:1
Qol: H.Keyn, 68-pen.

12 yanvar

18:30. Leypsiq – Verder
20:30. Auqsburq – Ştutqart

Seçilən
36
35
arena.az

10Mənbələr