"Mançester Siti" İngiltərə kubokunda 1/32 final oyununa çıxıb.
QOL.az xəbər verir ki, "şəhərlilər" "Salford Siti" ilə qarşılaşıblar.
Matç Mançesterdəki “Etihad” stadionunda keçirilib. Oyunda "Mançester Siti" 8:0 hesablı qələbə qazanıb və 1/16 finala adlayıb.
Görüşdə Ceyms Makati het-trik, Ceremi Doku dubl edib. Divin Mubama, Niko Oreyli və Cek Qriliş isə hərəyə 1 dəfə fərqləniblər.
Qeyd edək ki, İngiltərə kubokunun son “Mançester Yunayted”dir.
İngiltərə kuboku, 1/32 final
"Mançester Siti" - "Salford Siti" - 8:0
Qollar: Doku, 8, 69-pen; Mubama, 20, Oreli, 43, Qriliş, 49-pen; Makate, 62, 72, 81
"Etihad".