AZ

Gürcüstanda etirazçılar yenidən meydanlarda:ZURABİŞVİLİ ZUQDİDİDƏKİ YÜRÜŞƏ QATILDI

Gürcüstan parlamenti qarşısında etiraz aksiyası yenidən başlayıb. Qanunvericilik orqanının binası yaxınlığında toplaşanlar Rustaveli prospektini bağlayıblar. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bir müddət əvvəl onlara Filarmoniyadan parlamentə qədər piyada gələn “Dostlar marşı” da qoşulub. Qanunverici orqanın yanında olanlar onları alqışlarla qarşılayıblar.

  

Aksiya iştirakçıları “Gürcüstan!”, “Yaşasın mehriban vətənimiz!” şüarları  səsləndirirlər. Gürcüstan himni də səsləndirilib.

 

İştirakçıların əllərində Gürcüstan, Avropa İttifaqı və ABŞ bayraqları var.

 

Əraziyə polis səfərbər edilib.

 

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Zuqdididə keçirilən etiraz yürüşündə iştirak edib. O, bölgələri gəzmək qərarını yeni parlament seçkiləri tələbinin bütün ölkə sakinləri tərəfindən dəstəklənməsi ilə izah edib.

 

O, prezident kimi fəaliyyətini davam etdirəcəyini, yeni parlament seçkilərinə can atacağını, xarici tərəfdaşlarla əlaqə saxlayacağını və Donald Trampın andiçmə mərasimində iştirak edəcəyini bildirib. Zurabişvili tərəfdarlarına “Gürcüstanı Rusiyanın pəncəsindən qoparacaqlarına” söz verib.

 

“Mən Vaşinqtona Zuqdidi adından gedəcəyəm, orada bizim Gürcüstan üçün ürəyi ağrıyan çoxlu dostlarımız var. Onlar bizə Gürcüstanı şimal düşməninin pəncəsindən qoparmaqda kömək edəcəklər”, - deyə siyasətçi vurğulayıb.

 **

Yerli Telegram kanallarının son məlumatlarına görə, hüquq-mühafizə orqanları fəal etirazçıların həbsinə başlayıblar.


Seçilən
30
senzor.az

1Mənbələr