Yəmənin Əl-Bayda əyalətində qazpaylayıcı stansiyalardan birinin anbarında partlayış baş verib.
“Report” xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
İlkin məlumata görə, partlayışda 60-dan çox insan xəsarət alıb, yeddi nəfəri xilas etmək mümkün olmayıb.
Hazırda hadisə yerində təcili yardım xidmətləri işləyir. Partlayışın səbəbi müəyyənləşdirilir.
Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, partlayış Zaher rayonundakı yanacaqdoldurma məntəqəsində baş verib və zəncirvari reaksiya nəticəsində iki bitişik yanacaqdoldurma məntəqəsi və yaxınlıqdakı ticarət anbarları yanıb.
Partlayış baş verən zaman stansiyada müştərilər olub.