AZ

Zaxarova ABŞ-ı ikiüzlülükdə ittiham edib- SƏBƏB

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kaliforniyanın cənubunda meşə yanğınları ilə mübarizədə məhbuslardan istifadə edilməsini ikiüzlülük adlandırıb. AzPost xəbər verir ki, bu barədə diplomat “Telegram” kanalında yazıb.

“Kaliforniyanın cənubunda meşə yanğınlarının söndürülməsi üçün yüzlərlə məhbus əraziyə cəlb edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, onlar yanğınla mübarizədə iştirak edən şəxsi heyətin təxminən üçdə birini təşkil edir”, – XİN rəsmisi vurğulayıb.

Eyni zamanda, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ-nin Çini məcburi əməkdən istifadə etdiyinə görə dəfələrlə necə tənqid etdiyini xatırladıb.

Qeyd edək ki, “The Washington Post” Kaliforniyanın İslah və Reabilitasiya Departamentinə istinadən xəbər vermişdi ki, ştat hakimiyyəti meşə yanğınları ilə mübarizə üçün 395 məhbus göndərib. Nəşr qeyd edib ki, söhbət əsasən kiçik ağır cinayətlər törətmiş şəxslərdən gedir.

Xatırladaq ki, yanvarın 7-də Los-Ancelesdə meşə yanğınları yayılmağa başlayıb. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına səbəb quru və çox küləkli hava olub. Kaliforniya Yanğınsöndürmə Xidmətinin son məlumatlarına görə, yanğınların ümumi sahəsi 15,5 min hektara çatıb. 

Seçilən
18
4
azpost.info

3Mənbələr