AZ

Putin - Tramp görüşü ilə bağlı SON DƏQİQƏ məlumatı

İsveçrə Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün görüşmə istəyi olduğu təqdirdə bu görüşə ev sahibliyi etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu məlumatı “Le Temps” qəzeti İsveçrə Xarici İşlər Nazirliyinin informasiya xidmətinin rəhbəri Nikolas Bidaultya istinadən yayımlayıb.

“Biz Ukrayna, Rusiya və ABŞ-ı Bürgenştok sammitindən sonra davamlı olaraq məlumatlandırırıq ki, sülhün bərpasına yönələn hər hansı diplomatik təşəbbüsü dəstəkləməyə hazırıq”, - Bidault bildirib.

Lakin qəzet əlavə edir ki, İsveçrə hökuməti bu istiqamətdə fəal təşəbbüs göstərməyəcək və görüş təşkil etməyə hazır olan ölkələrdən sadəcə biri olacaq.

Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr