AZ

Ərdoğan Türkiyədə terrorizmlə mübarizə üçün "imkan pəncərəsi" olduğunu bəyan edib

Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə terror təhdidini birdəfəlik aradan qaldırmaq üçün əlverişli bir anın yetişdiyini bəyan edib. Bu barədə TASS məlumat yayıb."Ölkəmizin qarşısında terrora bir dəfəlik son qoymaq üçün imkan yaranıb. Biz bu fürsəti boşuna xərcləməyi düzgün hesab etmirik," — deyə Türkiyə lideri Diyarbəkirdə Ədalət və İnkişaf Partiyasının (AK Parti) vilayət şöbələrinin VIII qurultayında çıxışı zamanı bildirib.Ərdoğan vurğulayıb ki, xarici dəstəyi olsa belə, heç bir terrorçu qruplaşma Türkiyənin qətiyyətinə qarşı dura bilməz.O, Türkiyəyə ziyan vuran və onun inkişafını təxminən əlli il ərzində ləngidən imperialist planları birdəfəlik dayandırmaq niyyətində olduğunu qeyd edib.Son günlərdə Türkiyə Silahlı Qüvvələri, Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı Suriyada mümkün bir əməliyyat səbəbindən döyüş hazırlığı vəziyyətinə gətirilib.Səidə Mustafa

Diqqət Çəkənlər

Keçmiş Gürcüstan prezidenti ölkəni "şimal düşməninin caynaqlarından" qoparacağına söz verib

Rusiyada, anasi tərəfindən ağir zədələr almiş dörd yaşlı uşaq reanimasiyaya yerləşdirirb

Cozef Bayden: Mən nə diqqətdən, nə də yaddaşlardan yox olmağı düşünürəm

Seçilən
60
ulusum.az

1Mənbələr