AZ

Bəşər Əsədin xəbərçisi başından güllələndi

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin tərəfdarı açıq şəkildə edam ediliblər.

“Cebheinfo.az” xəbər verir k, bunu “The Telegraph” Suriya İnsan Haqlarını Müşahidə Qrupuna istinadən yazır.

Təşkilatın məlumatına görə, silahlılar cümə günü səhər Suriyanın paytaxtı Dəməşqin ətrafı Dummarda küçədə Mazen Kneneni başından güllələyiblər. Ərazi Suriyada vətəndaş müharibəsi başlayandan bəri şəhərin ən təhlükəsiz hissəsi hesab olunur.

İnternetdə yayılan videogörüntülərdə kişinin cəsədinin ağac gövdəsinə bağlandığı, dəri gödəkçəsi və cins şalvarının başından aldığı güllə yarasından qan içində olduğu əks olunub.

Kadrlarda uşaqların meyitin ətrafına toplaşdığı, bəzilərinin mobil telefonla video çəkdiyi, digərlərinin meyiti çubuqla döydüyü və ya başına təpiklə vurduğu görünür.

Britaniyanın müharibə monitorinqi təşkilatı bildirib ki, yaraqlılar yerli məmuru devrilmiş prezident Bəşər Əsədin xəbərçisi olmaqda ittiham edərək, onu “keçmiş rejimin ən görkəmli tərəfdarlarından biri” olduğunu deyiblər.

Hesabatda deyilir:

“O, Əsədin dövründə həbsxanalarda işgəncələrə məruz qalan bir çox gəncin təqib edilməsinə və həbs olunmasına səbəb olan zərərli təhlükəsizlik hesabatları hazırlamaqda ittiham olunur”.

Britaniya nəşri yazır ki, təsdiqlənməmiş məlumatlara görə, o, Dummar şəhərinin meri olub.

Seçilən
16
cebheinfo.az

1Mənbələr