AZ

Newsweek: Kaliforniyada yanğınların söndürülməsində 900-dən çox məhbus cəlb edilib

Newsweek:

Kaliforniyanın cənubunda tüğyan edən meşə yanğınlarının söndürülməsində 900-dən çox məhbus iştirak edir. Təfərrüatları Newsweek jurnalı təqdim edir.Məlumatı Kaliforniya İslah və Reabilitasiya Departamenti (CDCR) təsdiqləyib."Bu günə qədər yanğın düşərgələrində təlim keçmiş 939 yanğınsöndürən, yanğınlardan mühafizə xətləri yaratmaq üçün gecə-gündüz çalışır", - deyə mənbə bildirir.Kaliforniyada alovla mübarizə aparan yanğınsöndürənlərin təxminən 30%-i məhbuslardır.Xatirladaq ki, yanvarın 7-də Kaliforniya ştatında yerləşən Los-Anceles dairəsinin qərb hissəsində küləklə şiddətlənən meşə yanğını başlayib. Hazırda alov Hərst, İton və Pasifik-Palisades rayonlarını əhatə edib.Bu vəziyyət fonunda hakimiyyət orqanları fövqəladə vəziyyət zonasından əhalinin məcburi təxliyəsini elan edib. Nəticədə təxminən 70 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.Səidə Mustafa

Diqqət Çəkənlər

Keçmiş Gürcüstan prezidenti ölkəni "şimal düşməninin caynaqlarından" qoparacağına söz verib

Rusiyada, anasi tərəfindən ağir zədələr almiş dörd yaşlı uşaq reanimasiyaya yerləşdirirb

Naxçıvanda və dağlıq rayonlarda səkkiz dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Seçilən
36
ulusum.az

1Mənbələr