AZ

Qarabağdan köçmüş 24 mindən çox erməni Ermənistanı da tərk edib...

Yazını böyüt
Yazını kiçilt

Qarabağ üzrə qondarma "ombudsman" aparatının məlumatına görə, "son 4 ildə 24 mindən çox Qarabağ qaçqını Ermənistanı tərk edib və hakimiyyəti bu vəziyyətdən razıdır"

Hafta.az xəbər verir ki, bu məlumatı yayan "Kavkazskiy uzel" nəşrinin əvvəllər yazdığı kimi, Ermənistan hökuməti belə qərara gəlib ki, Qarabağdan olan qaçqınlar yalnız Ermənistan vətəndaşlığını aldıqdan sonra dövlət və təhlükəsizlik orqanlarında işləyə bilərlər.

2024-cü ilin iyun ayından başlanan qaçqınlar üçün dövlət mənzil proqramında 2024-cü il dekabrın 8-dək vətəndaşlığın alınması əsas şərt kimi qeyd edilib; Daxili işlər nazirinin müavini 29 noyabr 2024-cü ildə əminliklə bildirib ki, Ermənistan vətəndaşlığının alınması Qarabağa qayıtmaq hüququna təsir etmir.

Qarabağ "ombudsmanı" aparatının məlumatına görə, 2020-ci ildən 2024-cü ilin dekabrınadək 24 mindən çox Qarabağ "vətəndaşı" Ermənistanı dönməz şəkildə tərk edib.

"Mən bilmirəm niyə 2020-ci ildə artsaxdan (Qarabağdan-S.L.) zorla(guya-S.L.) köçürülənlərlə 2023-cü ildə məcburi köçkün olanlar arasında fərq qoyurlar. Son siyahıyaalmaya görə, artsax respublikasının əhalisi 145 min nəfər idi. 2020-ci ildə 44 gün davam edən müharibə nəticəsində onların bir hissəsi Ermənistanda qalıb, 2023-cü ilin sentyabrında da az bir hissəsi xaricə gedənlər olub.

Buna görə də Ermənistanı dönməz şəkildə tərk etmiş artsax (Qarabağ- S.L.) vətəndaşlarının sayına gəldikdə, 2020-ci ilin qaçqınlarını da nəzərə almaq lazımdır.

"Qarabağ ombudsmanı" Qeqam Stepanyan yanvarın 10-da “Kavkazskiy uzel" nəşrinin müxbirinə bildirib ki, “24 min rəqəmi təsdiqlənib və doğrudur”.

Seçilən
45
hafta.az

1Mənbələr