AZ

Kurskda əsir götürülmüş Rusiya hərbçilərinin Ukrayna həbsxanasındakı görüntüləri yayıldı... - FOTOLAR

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Kursk vilayətinin cənubunda şiddətli döyüşlər davam edir. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini ölkə ərazisindən sıxışdırmağa çalışır, lakin onlar Sudja şəhəri ətrafındakı platsdarmı saxlamaqda davam edirlər. Avqustun 6-dan Ukrayna qoşunları Kursk vilayətinin sərhədini keçdikdən sonra hər iki tərəfdən yüzlərlə əsgər əsir götürülüb. Onlardan 700 nəfəri dəyişdirilib.

Hafta.az Rusiyanın “Meduza” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin "Anadolu" agentliyinin döyüş bölgələrində olan müxbiri Kursk vilayəti ilə qonşu olan Ukraynanın Sumı vilayətindəki həbsxanada saxlanılan rusiyalı hərbi əsirlərin fotolarını dərc edib. Həmin fotolardan bəzilərini təqdim edirik.

Görüntülərdən bəlli olur ki, rusiyalı əsirlər yetərincə normal şəraitdə saxlanılır və onların hər hansı zorakılığa, işgəncəyə məruz qaldığı hiss edilmir. Halbuki, məlumatlara görə, Rusiya həbsxanalarında ukraynalı əsirlərə qarşı tam əks davranış nümayiş etdirilir...

Seçilən
29
hafta.az

1Mənbələr