AZ

Somali və Efiopiya diplomatik münasibətləri tam bərpa edir


Somali və Efiopiya bir il əvvəl Efiopiyanın Somalilend ilə imzaladığı memorandumla bağlı yaranan münaqişə nəticəsində kəsilmiş diplomatik münasibətləri tam bərpa etmək barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə iki ölkənin liderləri arasında aparılan danışıqların yekunlarına dair bəyanatda deyilir.
“Tərəflər hər iki ölkədəki diplomatik nümayəndəliklərin fəaliyyətini bərpa etməklə ikitərəfli münasibətləri bərpa etmək və gücləndirmək barədə razılığa gəliblər”, - məlumatda deyilir.
Xatırladaq ki, Efiopiya ilə Somali arasında gərginliyə 2024-cü ilin əvvəlində Efiopiya ilə Somalilend arasında arasında imzalanan saziş səbəb olub. Sazişə görə, Somalinin separatçı bölgəsi olan Somalilendin müstəqil dövlət kimi tanınması müqabilində Efiopiyaya Qırmızı dənizə çıxış imkanı verilirdi. Somali rəsmiləri həmin dövrdə bəyanat yayaraq müqavilənin hüquqi cəhətdən etibarsız olduğunu bildirmişdilər.
Seçilən
24
yeniavaz.com

1Mənbələr