"Təcrübəli oyunçulara qarşı çıxış etmək gücümüzü artırmağa təkan verir".
Fanat.Az-ın məlumatına görə, bunu UNEC komandasının voleybolçusu Xədicə Hadızadə deyib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən gənc oyunçu cari mövsüm debüt etdiyi Yüksək Liqanı dəyərləndirib:
“Bu il ilk dəfədir ki, Yüksək Liqada çıxış edirəm. Çempionat çox maraqlı keçir. Rəqiblərimiz güclüdür, buna baxmayaraq, biz hər oyunda əlimizdən gələni edirik. Digər komandalarla müqayisədə UNEC-in heyəti daha gənc voleybolçulardan təşkil olunub. Təcrübəli oyunçulara qarşı çıxış etmək gücümüzü artırmağa təkan verir".
Qeyd edək ki, UNEC Azərbaycan Yüksək Liqasında beş oyundan sonra sonuncu - altıncı pillədə qərarlaşıb. Komandanın hesabında xal yoxdur.