Bərabərlik və Böhranlara Hazırlıq və Cavab üzrə Avropa komissarı Adja Lyabib Ukraynaya gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Ukrayna dilində səhərin xeyir diləyi ilə başlayan Avropa komissarı “qışın ortasında” olduğunu yazıb.
“Aİ sadəcə yaxşı hava dostu deyil, hər cür hava dostudur”, – deyə o vurğulayıb.
Avropa komissarı vurğulayıb ki, kollektiv Avropa Ukraynaya və onun xalqına humanitar yardım göstərmək kampaniyasını davam etdirir.
Qeyd edək ki, Belçikadan olan Avropa komissarının səfəri elan olunmayıb.