AZ

Əsəd, hakimiyyət dəyişikliyindən əvvəl, Putinlə uğursuz şəkildə əlaqə qurmağa çalışıb

Əsəd,

Al Arabiya-nın məlumatına görə, eks Suriya prezidenti Bəşər Əsəd 2024-cü ilin dekabr ayının əvvəlində Rusiya prezidenti Vladimir Putinlə əlaqə qurmağa bir neçə dəfə cəhd edib, lakin bu cəhdlər nəticəsiz qalıb.Keçmiş mətbuat katibi Kamal Sakrın sözlərinə əsasən, Əsəd dekabrın 4-ü və 5-də Putinlə əlaqə yaratmağa çalışıb, lakin cavab ala bilməyib. Daha sonra o, Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevə müraciət edərək əlaqə qurmaqda kömək etməsini xahiş edib. Lakin Lavrentyev bildirib ki, Putin Belarusda rəsmi səfərdədir və zənglərə cavab verə bilmir.Həmin dövrdə Əsədin özünü "izolyasiya olunmuş və tənha" hiss etdiyi qeyd edilir. O, dekabrın 5-də televiziya vasitəsilə müraciət etmək planlaşdırıb, lakin müraciəti bir neçə dəfə təxirə salıb və daha sonra tamamilə ləğv edib.Dekabrın 8-də Dəməşqin üsyançılar tərəfindən ələ keçirilməsindən sonra Rusiya hərbi attaşesi Əsədin ölkədən çıxmasına yardım edib. Keçmiş prezident Latakiyadakı Xmeymim aviabazasından Rusiya ərazisinə təxliyə olunub və orada siyasi sığınacaq alıb.Kreml təsdiq edib ki, Əsədə sığınacaq verilməsi qərarı şəxsən prezident Putin tərəfindən qəbul edilib.Səidə Mustafa

Diqqət Çəkənlər

Keçmiş Gürcüstan prezidenti ölkəni "şimal düşməninin caynaqlarından" qoparacağına söz verib

Rusiyada, anasi tərəfindən ağir zədələr almiş dörd yaşlı uşaq reanimasiyaya yerləşdirirb

Naxçıvanda və dağlıq rayonlarda səkkiz dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Seçilən
30
ulusum.az

1Mənbələr