AZ

Sosial-demokratlar Şoltsu Almaniya Federal Şurasının kanslerliyinə namizəd olaraq təsdiqləyiblər

Sosial-demokratlar

Almaniyanın Sosial-Demokrat Partiyası (SPD) şənbə günü keçirilən partiya konfransında, partiya üzvü və hazırkı Almaniya kansleri Olaf Şoltsu 2025-ci il 23 fevralda keçiriləcək parlament seçkilərində bu vəzifəyə namizəd kimi təsdiqləyib- Tagesschau nəşri bildirir.Şolts üçün demək olar ki, bütün nümayəndələr səs verib, yalnız bir neçə səs əleyhinə olub. Əvvəlcə Alman mətbuatı qeyd etmişdi ki, bu səsvermə formal olacaq.Tagesschau-nun qeyd etdiyi kimi, partiyada SPD-nin namizədini seçərkən Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistoriyus-un namizədliyinə üstünlük verilib-verilməməsi mövzusunda müzakirələr gedirdi. Lakin nəticədə Pistoriyus mübarizədə iştirakdan açıq şəkildə imtina edib.Qeyd edək ki, Alman partiyaları 23 fevralda keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilərə hazırlıq görürlər, seçkilər əvvəlki tarixdən yeddi ay əvvəl keçiriləcək.Hazırda kanslerliyə namizədlər arasında Xristian-Demokrat İttifaqının (CDU) lideri Fridrix Mertz və "İttifaq 90/Yaşıllar" partiyasından vitse-kansler Robert Həbək də mövcuddur.Səidə Mustafa

Diqqət Çəkənlər

Keçmiş Gürcüstan prezidenti ölkəni "şimal düşməninin caynaqlarından" qoparacağına söz verib

Rusiyada, anasi tərəfindən ağir zədələr almiş dörd yaşlı uşaq reanimasiyaya yerləşdirirb

Naxçıvanda və dağlıq rayonlarda səkkiz dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Seçilən
12
ulusum.az

1Mənbələr