AZ

Almaniyanın NATO üçün əməliyyat bazası və mərkəz olma rolunun daha da gücləndirilməsi hədəflənir

 

Almaniya ordusunda ölkənin infrastrukturunu və mühüm hərbi obyektlərinin təhlükəsizliyini qorumaq məqsədilə Quru Qoşunlarına bağlı yeni bir birlik yaradılacaq. 

Almaniya xəbər agentliyi DPA-nın Almaniya Ordusunun Quru Qoşunları sözçüsünə istinadən verdiyi məlumata görə, yeni "Vətənin təhlükəsizliyi" birliyi fəaliyyət göstərən və ehtiyatda olan hərbçilərdən ibarət olacaq. Bu birlik gərginlik, müdafiə və ya böhran vəziyyətlərində limanlar, dəmir yolları, yükötürmə mərkəzləri, boru xətləri, rəqəmsal infrastruktur və hərbçilərin keçid marşrutlarının təhlükəsizliyini təmin etmək vəzifəsini yerinə yetirəcək. Eyni zamanda, birliyin yaradılması ilə Almaniyanın NATO üçün əməliyyat bazası və mərkəz olma rolunun daha da gücləndirilməsi hədəflənir. Sülh dövründə isə birlikdəki hərbçilər təbii fəlakətlər, epidemiyalar və terror kimi hallarda vəzifələndirilə biləcəklər.

Birliyin 1 aprel tarixində Quru Qoşunlarının komandirliyinin əmrinə alınması planlaşdırılır. Almaniyanın müdafiə naziri Boris Pistorius 2024-cü ilin aprelində Almaniya Silahlı Qüvvələrinin (Bundeswehr) gələcəyə hazır olması üçün orduda struktur islahatlarının aparılması qərarına gəldiyini açıqlamışdı. O, Almaniya ordusunun effektivliyinin artırılmasını hədəflədiklərini bildirərək “Hədəfimiz Almaniya ordusunun təcili vəziyyətlərdə, müdafiə və müharibə şəraitində ən yaxşı şəkildə fəaliyyət göstərə biləcək formada yenidən təşkil olunmasıdır” ifadəsini işlətmişdi.



Seçilən
13
45
trt.net.tr

10Mənbələr