Portuqaliya Liqa Kubokunun finalında “Sportinq” (Lissabon) – “Benfika” oyununda yarışın 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşib.
Arena.az məlumat verir ki, ümumi vaxtı 1:1 hesabı ilə başa çatmış oyunun penaltilər silsiləsində “qartallar” “şirlər”i 7:6 hesabı ilə məğlub ediblər.
Oyundan hesabı 29-cü dəqiqədə “Benfika”nın norveçli sol cinah hücumçusu Andreas Şelderup açaraq, “qartallar”ı önə keçirib. “Şirlər” 42-ci dəqiqədə isveçli mərkəz hücumçusu Viktor Dyökreşin dəqiq penalti zərbəsi ilə bərabərliyi təmin ediblər.
Penaltilər silsiləsinə sürüklənmiş oyunda isə “Sportinq”in portuqal sağ cinah hücumçusu Fransişku Trinkan qeyri-dəqiq olaraq, “şirləri”i qənimətdən edib.
Bu zəfər “Benfika”nın Portuqaliya Liqa Kubokunda 8-ci qalibiyyətidir ki, bu da mütləq ölkə rekordudur. “Qartallar” 9 dəfə finalında oynadıqları bu yarışda cəmi 1 dəfə – 2022-ci ildə məğlub olublar. Həmin vaxt “Benfika”nı elə, Lissabon “Sportinq”i məyis etmişdi – 1:2.
“Sportinq” isə Portuqaliya Liqa Kubokunda 4 dəfə qalib olub, 4 dəfə də “gümüş”lə kifayətlənib. “Sportinq” Portuqaliya Liqa Kubokunun ən uğurlu ikinci klubudur.