AZ

Rusiyaya şok: PUA vurdu, 800 min tonluq yanacaq anbarı yanır

Yanvarın 8-də Saratov vilayətinin Engels şəhərindəki neft bazasına PUA hücumu zamanı hər biri 120 min kub olan 3 anbar tamamilə məhv edilib, daha 6 anbar isə ciddi xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, hərbi aerodrom üçün saxlanılan 800 min tonluq ehtiyat anbar parkı sıradan çıxıb:

“Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyində yanan neft və yanacağın söndürülməsi üçün köpükləndiricilərin kəskin çatışmazlığı var. Yanğınsöndürənlər neft bazalarında baş verən yanğınları müşayiət etməyə, yanacağın yanmasına nəzarət etməyə məcburdurlar”.

Seçilən
15
axar.az

1Mənbələr