Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in dayaq yarımmüdafiəçisi Mahir Həsənov icarəyə verilib.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 23 yaşlı futbolçu mövsümün sonuna kimi 1-ci Liqa təmsilçisi “Difai”də oynayacaq.
Mahir Həsənov “Neftçi”nin yetirməsidir. O, 2022-ci ilin iyul ayından “Kəpəz”də çıxış edir. Mərkəz müdafiəçisi mövqeyində də çıxış edən bilən 23 yaşlı futbolçu bu mövsüm cəmi 4 oyuna çıxıb. O, Gəncə klubunun əsas komandasında bütövlükdə 21 oyuna çıxıb, 1 qol da vurub.
“Kəpəz” daha öncə hücumçusu Orxan Əliyevlə də yollarını ayırmışdı. O, “Turan Tovuz”a keçib. Əvəzində Gəncə klubu Rati Ardazişvilini (“Samtrediya”, Gürcüstan) heyətinə cəlb edib.