Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında həyatakeçirdiyi əməliyyat nəticəsində 9 terrorçu öldürülüb.
Trend xəbər verirki, Türkiyənin Milli Müdafiə Nazirliyi əməliyyat nəticəsində İraqınşimalındakı "Pençe-Kilit" və Metine bölgələrində PKK terrorqruplaşmasının üç üzvünün məhv edildiyini açıqlayıb.
Suriyanın şimalındakı "Fərat Qalxanı" və "Barış Pınarı"əməliyyat bölgələrində isə daha altı terrorçu zərərsizləşdirilib.Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davamedəcək.