AZ

Trump-ın xüsusi nümayəndəsi, onun İranı daha "yaxşıya dəyişdirmək" planından danışib

Trump-ın

ABŞ-ın seçilmiş prezidenti Donald Trump-un xüsusi nümayəndəsi Kit Kelloq, Parisdə İran müxalifətinin təşkil etdiyi tədbirdə iştirak edərkən, ABŞ-ın növbəti prezidentinin İranla bağlı eyni siyasəti davam etdirməyi planlaşdırdığını açıqlayıb. Kelloq bildirib ki, ABŞ-ın İran siyasətinin əsas məqsədi ölkənin iqtisadiyyatını çökdürərək Tehranı nüvə proqramı, raket silahları və Yaxın Şərqdəki fəaliyyətləri ilə bağlı danışıqlara məcbur etməkdir.Kelloq, dünyanın Tehran üzərində "maksimum təzyiq" göstərməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu təzyiq İranın daha demokratik bir ölkəyə çevrilməsinə gətirib çıxara bilər. Eyni zamanda, Kelloq qeyd edib ki, "İranı daha yaxşıya dəyişdirmək" imkanı mövcuddur, lakin bu fürsət sonsuza qədər davam etməyəcək.Trump-un administrasiyasının İranla bağlı siyasəti, iqtisadi sanksiyalar və diplomatik təzyiqlər üzərində qurulmuşdu. Kelloq, İranın dəyişməsi üçün beynəlxalq cəmiyyətin birgə hərəkət etməsinin vacibliyini vurğulayıb və ABŞ-ın bu mövzudakı mövqeyinin dəyişməyəcəyini qeyd edib.Səidə Mustafa

Diqqət Çəkənlər

Keçmiş Gürcüstan prezidenti ölkəni "şimal düşməninin caynaqlarından" qoparacağına söz verib

Rusiyada, anasi tərəfindən ağir zədələr almiş dörd yaşlı uşaq reanimasiyaya yerləşdirirb

Naxçıvanda və dağlıq rayonlarda səkkiz dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Seçilən
9
ulusum.az

1Mənbələr