AZ

Fidan ərəb ölkələrini Suriyaya yardımı koordinasiya etməyə çağırıb

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan, ərəb ölkələriniSuriyanın yenidən qurulmasına kömək etmək üçün səyləriəlaqələndirmək üçün birgə mexanizm yaratmağa çağırıb.

Trend xəbər verirki, bunu Hakan Fidan Suriya üzrə Ər-Riyadda təşkil olunantoplantıda bildirib.

“Bu kritik zamanda beynəlxalq ictimaiyyətin gözləntiləri iləSuriyada yeni administrasiyanın üzləşdiyi reallıqlar arasında incətarazlığı təmin edərək, tarazlaşdırıcı qüvvə kimi çıxış etməliyik.Biz səylərimizi daha səmərəli etmək üçün koordinasiya mexanizmi vəya müvafiq komitələr yarada bilərik. Biz Suriyada sanksiyalarıngötürülməli olduğu prioritet sektorları müəyyən etməliyik. “Biziməsas prioritetimiz həmçinin Suriyanın ərazi bütövlüyü və birliyininqorunub saxlanması olmalıdır”, - deyə ANKA agentliyi nazirdən sitatgətirir.

Fidan həmçinin qeyd edib ki, “Suriya Demokratik Qüvvələri” (SDQ)kürd koalisiyası səmimi şəkildə Suriyanın yeni administrasiyasınainteqrasiya etmək istəyirsə, özünü ləğv etdiyini elan etməlidir.Bununla bağlı Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki,Türkiyə və ərəb ölkələri “Suriyanın yeni hakimiyyət orqanlarınınİŞİD-ə qarşı effektiv mübarizə qabiliyyətini gücləndirmək üçünbirgə işləyə bilər”.

Seçilən
20
1
az.trend.az

7Mənbələr