
Livan ordusu və BMT-nin sülhməramlıları, İsrail ilə sərhəddə yerləşən iki şəhər və altı kəndə hərbi hissələri yerləşdirməyə başlayıb. Bu barədə ordu mətbuat xidməti sosial şəbəkə X-də (keçmiş Twitter) məlumat yayıb.Hərbçilər Bint-Cəbeyl və Tayr-Harfə şəhərlərinə, Aytarun, Alma-əş-Şaab, Məcdəl-Zun, Ed-Duheyrə, El-Kuza və Es-Salxani kəndlərinə daxil olublar."Ordu rəhbərliyi, sakinləri hərbi hissələrin yerləşdirilməsi əməliyyatı başa çatana qədər bu ərazilərə qayıtmaqdan çəkinməyə çağırır", — məlumatda qeyd olunub.Əvvəlki dövrlərdə həmin ərazilərdə İsrail Müdafiə Ordusunun bölmələri yerləşirdi və bu qüvvələr Livanlı şiə hərəkatı olan "Hizbullah"ın yeraltı tunellərini və anbarlarını məhv etmişdi.Səidə Mustafa
Diqqət Çəkənlər
Keçmiş Gürcüstan prezidenti ölkəni "şimal düşməninin caynaqlarından" qoparacağına söz verib
Rusiyada, anasi tərəfindən ağir zədələr almiş dörd yaşlı uşaq reanimasiyaya yerləşdirirb
Naxçıvanda və dağlıq rayonlarda səkkiz dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA