AZ

Vuçiç təşəkkür edib, İlham Əliyevi Belqrada dəvət etdi

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.

“Azərbaycandan olan qardaş və dostlarımız mənə bildirdilər ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, – dövlət başçısı qeyd edib.

Seçilən
21
14
unikal.az

10Mənbələr