AZ

Heç vaxt getmədiyi şəhərinə 10 milyon avroluq sərvət qoydu - Fransada təəccüblü hadisə

Fransanın paytaxtı Parisdə yaşayan bir kişi 10 milyon avroluq sərvətini həyatında heç vaxt ziyarət etmədiyi Normandiya şəhərinə miras qoyub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə yaşayan meteoroloq Rocer Tibervil 91 yaşında vəfat edib. O soyadını götürdüyü doğma şəhəri Tibervili heç vaxt ziyarət etməyib.

1773 nəfər əhalisi olan şəhərin meri Qay Paris bələdiyyənin illik büdcəsindən 5 dəfə çox olan bu pulu necə xərcləməyi bilmir.

"Açığını deyim ki, həqiqətən böyük məbləğdir. Biz hələ bu pulla nə edəcəyimizi bilmirik"- deyə bildirib.


Müəllif: Pərvin Cəfərova
Seçilən
43
9
teleqraf.com

10Mənbələr