“Mançester Siti”nin baş məşqçisi Pep Qvaridola Kayl Uolkerin başqa kluba buraxılmasını xahiş etdiyini təsdiqləyib.
Publika.az xəbər verir ki, ispan mütəxəssis bunu “Sky Sports”a açıqlayıb:
“İki gün əvvəl o, başqa ölkədə çıxış etmək variantlarına baxmaq istədiyini söylədi. O, bir çox səbəblərə görə karyerasını başqa yerdə bitirmək istəyir.
Mən əminəm ki, insanı istəmədiyi yerdə oynamağa, işləməyə məcbur etmək olmaz. Əgər onun fikri artıq başqa yerdədirsə…