AZ

Aİ, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini gücləndirməyə hazırdır – Maqdalena Qrono

Bakı. Trend:

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərinnormallaşması prosesində dəstəyini gücləndirməyə hazır olduğunubildirir.

Trend-inməlumatına görə, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsiMaqdalena Qrono deyib.

“Biz hər iki ölkənin rəhbərliyi və rəsmiləri ilə sülhə nailolmağın, vəziyyətin normallaşdırılmasının və regional əməkdaşlığıninkişaf etdirilməsinin ən səmərəli yolları ilə bağlı dərin fikirmübadiləsini yüksək qiymətləndiririk. Aİ müxtəlif aspektlərə, ocümlədən davam edən ikitərəfli danışıqlara, humanitar məsələlərə vəəlaqəyə diqqət yetirərək bu prosesdə geniş dəstək verməyə hazırdır.Bundan əlavə, biz regional əməkdaşlığı gücləndirmək üçüntəşəbbüsləri irəli sürməyə çalışırıq”, - o, X sosial şəbəkəsindəkisəhifəsində yazıb.

Qeyd edək ki, Maqdalena Qrono 2025-ci il yanvarın 7-dən 11-dəkilk rəsmi səfərini Azərbaycana, daha sonra isə Ermənistanaedib.

Xatırladaq ki, Qrono 2024-cü ilin iyulunda Aİ-nin Cənubi Qafqazvə Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyinedilib. O, Toivo Klaarın yerinə keçib və 1 sentyabr 2024-cü iltarixindən 12 aylıq ilkin müddət üçün vəzifəsinin icrasınabaşlayıb.

Seçilən
29
5
az.trend.az

10Mənbələr