AZ

İtaliya 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa etdi

Yanvarın 12-də İtaliyanın "ITA Airways" aviaşirkəti Liviyanın Tripoli şəhərinə uçuşları bərpa edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" şirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Biz Liviya və İtaliya arasında ticarət və mədəni əlaqələri gücləndirməklə Tripoli və Roma arasında ilk birbaşa kommersiya reysini açmaqdan qürur duyuruq", - "ITA Airways"dan bildirilib.

İtaliya təyyarələrinin həftədə iki dəfə Tripoliyə uçacağı dəqiqləşib.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra ölkədə başlayan vətəndaş müharibəsinə görə "ITA Airways" Liviyaya uçuşları məhdudlaşdırmışdı.


Müəllif: Teleqraf.com
Seçilən
31
teleqraf.com

1Mənbələr