AZ

“Qarabağ” və “Zirə”nin sınaq matçında 6 qol

Bu gün “Qarabağ” və “Zirə” komandaları qış təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunlarını keçiriblər.

Arena.az xəbər verir ki, sözügedən komandalar Bakıdakı “Azərsun Arena”da qarşılaşıblar.

Məhsuldar keçən görüş Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Aleksey Kaşuk, Davud Mənsumov, Bəhlul Mustafazadə və Redon Cica hərəyə bir qol vurublar. “Zirə”nin heyətində isə Ruan Renato və Martins Junior fərqləniblər.

Xatırladaq ki, Ağdam təmsilçisi daha öncə “Kəpəz”lə də yoxlama oyunu keçirmiş və 5:1 hesabıyla qalib gəlmişdi. Zirəlilər isə “Şamaxı” ilə sınaq matçında 3:1 hesablı qələbəyə sevinmişdilər.

Ağdam klubu Azərbaycan Premyer Liqasının cari mövsümünün ilk yarısını 47 xalla qış çempionu kimi başa vurub. “Zirə” isə sıralamada 30 xalla 4-cüdür.

Yoxlama oyunu
12 yanvar

Qarabağ – Zirə 4:2
Qollar: Aleksey Kaşuk, Davud Mənsumov, Bəhlul Mustafazadə, Redon Cica – Ruan Renato, Martins Junior.

Seçilən
25
arena.az

1Mənbələr