Bakı. Trend:
Dekabrın sonunda Homs şəhərində sabitliyin bərpası məqsədiləkeçirilmiş təhlükəsizlik əməliyyatı zamanı saxlanılan şəxslərinböyük bir hissəsi azadlığa buraxılıb.
Trend xəbər verirki, bu barədə “Al Vatan” qəzetinə əyalət Baş TəhlükəsizlikMüdirliyindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, azad edilən 360 nəfər iğtişaşlardaiştirak etsələr də, keçmiş prezident Bəşər Əsədin hakimiyyətidövründə hərbi cinayətlərdə iştirak etməyiblər.
“Bu qərar ilkin araşdırmadan sonra qəbul edilib və sərbəstburaxılan şəxslər Suriyanın yeni administrasiyasına qarşı heç birdüşmənçilik hərəkəti etməmək öhdəliyi götürüblər”, - deyə mənbəqeyd edib.