ABŞ-nin yeni prezidentinin gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals qeyd edib ki, Kiyev orduda əsgər çatışmazlığından əziyyət çəkir. Ona görə də Ukraynada səfərbərlik yaşı 18-əendirilməlidir.
Teleqraf.com xəbər verir ki, bunuABC telekanalına Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals deyib.
Onun sözlərinə görə, gələcək administrasiya “cəbhədəki vəziyyəti sabitləşdirməyə” ümid edir,
"Orada çağırış yaşı indi 18 yox, 26-dır. Düşünürəm ki, çoxları bunu başa düşmür. Biz burada işçi qüvvəsi ilə bağlı problemlərin həll olunmasını istəyirik", - Vals bildirib.
Qeyd edək ki, Ukraynada 25-60 yaş arası kişilər səfərbərliyə çağırılırlar.
Müəllif: Teleqraf.com