AZ

Bolqarıstan Sosialist Partiyası GERB-SDS ilə koalisiya sazişi imzalamağa razılaşıb

Bakı. Trend:

Bolqarıstan Sosialist Partiyası (BSP) Plenumu, növbədənkənarparlament seçkilərinin qalibi Bolqarıstanın Avropa İnkişafı UğrundaVətəndaşlar Partiyası və Demokratik Qüvvələr İttifaqı (GERB-SDS)ilə koalisiya sazişi imzalamağa razılıq verib.

Trend xəbər verirki, BSP mətbuat xidmətinin məlumatına əsasən, plenumiştirakçılarının böyük əksəriyyəti bu qərarı dəstəkləyib. Yenihökumətdə sosialistlərə baş nazirin müavini və dörd nazir vəzifəsiveriləcəyi gözlənilir.

Bundan əlavə, “Belə xalq var” partiyası nümayəndələri də yenihökumətin formalaşdırılmasına dəstək verdiklərini açıqlayıblar.

Eyni zamanda, “Demokratiya, Hüquq və Azadlıqlar – DPS”koalisiyası da yeni hökuməti dəstəkləmək məsələsi ilə bağlı qərarqəbul etdiyini rəsmən bəyan edib.

Seçilən
51
az.trend.az

1Mənbələr