Belçikalı hücumçu, əslən Konqo Demokratik Respublikasından olan Conatan Benteke “Şamaxı” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, klubla hücumçu arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. “Şamaxı” Bentekeyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Şamaxı” Conatan Bentekeni cari mövsümün əvvəlində heyətinə qatmışdı. Belçikalı hücumçu ilə həmin vaxt 1 illik müqavilə imzalanmışdı. O, əyalət klubunun heyətində meydana çıxdığı 12 oyunda qol vurub.
Bentekenin “Şamaxı”dan əvvəlki sonuncu iş yeri Lüksemburqun “Union Titus Petange” klubu olub. 29 yaşlı forvard bu komandanın heyətində 18 oyuna çıxıb, 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Veqberq-Bek”, “Sulte Varegem”, “Vize”, “Alemanniya”, “Oldem Atletik”, “Laudon Yunayted”, “Omoniya” (Nikosiya), “Kristal Pelas” kimi klublarda da forma geyinib.
Xatırladaq ki, “Şamaxı” daha öncə Ramin Əhmədov, Qurban Səfərov və Zahid Mərdanovla da yolların ayrıldığını açıqlamışdı. Əyalət klubu gedənlərin əvəzində Cəlal Hüseynov (“Arda”, Bolqarıstan, icarə), Murad Vəliyev (“Levadiya”, Estoniya), Vüsal Məsimov (“Səbail”) və Andrey Tırkovyanunu (“Pasifik”, Kanada) heyətinə cəlb edib. Edqar Adilxanovla da yeni müqavilə imzalanıb.