Bakı. Trend:
Ötən gecə Rotterdamın müxtəlif ərazilərində üç yaşayış binasındapartlayış baş verib.
Trend xəbər verirki, bu barədə Hollandiyanın ANP xəbər agentliyi polisə istinadənməlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayışlarnəticəsində xəsarət alan olmayıb, lakin binalara maddi ziyan dəyib.Hadisələr bir saat ərzində baş verib.
Polis hazırda partlayışlar arasında hər hansı bir əlaqəninolmadığını düşünür. İşlə bağlı həbslər barədə məlumat yoxdur,araşdırma yerli prokurorluq tərəfindən aparılır.