Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xariciişlər naziri Hakan Fidan telefon danışığı aparıblar.
Trend-inməlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindənbildiriblər.
Məlumata əsasən, telefon danışığı zamanı Ukrayna və enerjitəhlükəsizliyinin təmin edilməsi üçün risklərin qarşısınınalınmasının vacibliyi müzakirə olunub.
"Xarici siyasət qurumlarının rəhbərləri müntəzəm, etibarlıdialoqun inkişafı çərçivəsində beynəlxalq və regional məsələlər, ocümlədən Ukrayna ətrafında vəziyyət kontekstində fikir mübadiləsiaparıblar. Enerji təhlükəsizliyinə risklərin yaradılmasına yönəlmişhərəkətlərin qarşısının alınması zərurətinə xüsusi diqqətyetirilib", - deyə qeyd olunub.
Telefon danışığı zamanı Rusiya və Türkiyənin diplomatiknümayəndəliklərinin rəhbərləri Suriyada inklüziv milli dialoquntəşkilinə də diqqət çəkiblər.