AZ

Rusiya 4 günlük iş modelinə hazırlaşır

Rusiya Dövlət Dumasının Əmək Komitəsinin sədri Yaroslav Nilov ölkənin tədricən dörd günlük iş həftəsinə keçə biləcəyini bildirib. 

Valyuta.Az xəbər verir ki, "Sputnik"ə danışan Nilov bu dəyişikliyin bütün sahə və vəzifələr üçün keçərli olmayacağını və bəzi peşə qruplarında bu modelin tətbiqinin mümkün olmayacağını da vurğulayıb.

Nilov xüsusilə səhiyyə sahəsində çalışan həkimlərin evdən əməliyyat edə bilməyəcəyini və ya xəstə qəbulunu azalda bilməyəcəyini vurğulayıb. O, əlavə edib ki, iş saatlarının azaldılması üçün maliyyə mənbələrinin və texnoloji inkişafların vacib şəkildə təmin olunması lazımdır.

"Bu məsələdə texnologiyanın iş proseslərinə daxil edilməsinin vacib olduğunu düşünürəm. Robotlaşma və süni intellekt iş qüvvəsinin məhsuldarlığını azalmadan, hətta artıraraq vətəndaşların gəlirlərini yüksəldə və iş yerlərində fiziki iştirakı azalda bilər," - deyə Nilov bildirib. O, bu prosesin tədricən və düzgün planlaşdırılmış şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Rəhim

Seçilən
14
valyuta.az

1Mənbələr