Bəşər Əsədin ölkədən qaçmasından sonra hakimiyyətə gələn Suriyanın yeni iqtidarı ölkədə təhsili pulsuz etməyi planlaşdırır.
"Al Jazeera" telekanalına istinadən xəbər verilir ki, bu barədə keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri açıqlama verib.
"Biz bütün suriyalıların pulsuz təhsilə çıxışını təmin etməyə çalışırıq - bu, hər bir vətəndaşın hüququdur. Suriya xalqının ehtiyaclarına cavab verən yeni bir təhsil layihəsi üzərində işləyirik" - deyə nazir bildirib.
Mənbə: oxu.az