Xorvatiyanın hazırkı Prezidenti Zoran Milanoviç seçkinin ikinci turunda növbəti dəfə ölkəsinin prezidenti seçildiyini elan edib.
hakimiyyet.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Xorvatiyanın HRT televiziyasında nümayiş etdirilən "exit-poll" nəticələrinə görə isə Z. Milanoviç 77,86 faiz, keçmiş elm, təhsil və idman naziri Draqan Primorats isə 22.14 faiz səs toplayıb.
12 yanvar, 12:00
Xorvatiyada bazar günü prezident seçkisinin ikinci turu keçirilir.
hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, ölkə sakinləri daha beş il müddətinə öz dövlət başçısını seçəcəklər.
Xorvatiya Milli Seçki Komissiyasının məlumatına görə, bu seçkidə 3 milyon 769 min 598 seçici səs vermək hüququna malikdir, onlardan 251 min 170 nəfəri xaricdə səs verə biləcək. Səs vermək istəyənlər üçün 6755 seçki məntəqəsi açıq olacaq, onlardan 105-i 38 ölkədə olacaq.
Dövlət başçısı vəzifəsinə namizədlər hazırkı Prezident Zoran Milanoviç və keçmiş elm, təhsil və idman naziri Draqan Primoratsdır.