AZ

Polşa NATO-nun şimal-şərq korpusunun gücləndirilməsini tələb edir

Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış NATO-nun Şeçində yerləşən şimal-şərq çoxmillətli korpusunun tərkibini genişləndirmək planlarını açıqlayıb.

Bu barədə Report xarici KİV-lərə istinadən xəbər verir.

Hazırda korpusda ittifaqa üzv olan iyirmidən çox ölkə təmsil olunur, lakin Polşa rəhbərliyi kontingentlərin sayını artırmaq üçün müttəfiqlərlə danışıqları gücləndirmək niyyətindədir.

Kosinyak-Kamış bu korpusun NATO-nun şərq cinahının təhlükəsizliyi üçün kritik əhəmiyyətini vurğulayıb və xüsusilə Polşa generalının noyabr ayının sonunda komandir vəzifəsinə təyin edilməsindən sonra fəaliyyətinə tam dəstək verəcəyinə əmin edib.

Onun sözlərinə görə, korpusun strateji əhəmiyyətli zonada yerləşməsi onun potensialının gücləndirilməsinin zəruriliyini diktə edir.

Seçilən
13
report.az

1Mənbələr