AZ

“Napoli” onu itirmək üzrədi

“Napoli” aparıcı oyunçularından birini itirmək üzrədi.

Xviça Kvaratsxeliyanın bu ay PSJ-yə keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Onun Fransa klubu ilə 5 illik müqavilə imzalayacağı, “Napoli”dəki maaşından təxminən 4-5 dəfə çox məvacib alacağı da məlum olub.

Neapolluların baş məşqçisi Antonio Konte gürcüstanlı futbolçusunun gələcəyi haqda danışarkən onun tezliklə komandadan ayrılmaq istədiyini bildirib:

“Kvaratsxeliya bizə dedi ki, komandanı tərk etmək istəyir. Onunla danışdım və təsdiqləyə bilərəm ki, tez bir zamanda klubu tərk etmək istəyir. Mən onu qalmağa inandırmağa çalışdım, lakin futbolçu artıq qərarını verib. Hazırda klub və agenti prosesi həll etmək üçün çalışacaqlar. Xviça qalmaq istəmirsə, onu məcburi şəkildə komandada saxlamaq fikrində deyiləm”.
Seçilən
46
football-plus.az

1Mənbələr