AZ

Getmək istədiyini Qvardiolaya bildirib

Kayl Uoker “Mançester Siti”dən ayrılmaq istəyir.

O, artıq bunu Xosep Qvardiolaya bildirib. Baş məşqçi 34 yaşlı müdafiəçinin xidmətindən İngiltərə kubokunun “Solford” ilə oyununda (8:0) yararlanmayıb. Qvardiola Kaylın məsələsi ilə bağlı jurnalistlərə belə açıqlama verib:

“Kayl iki gün əvvəl mənə karyerasını xarici ölkə klubunda başa vurmaq istədiyini dedi. O, bu məsələ ilə bağlı klubun futbol direktoru ilə söhbət edib”.
Seçilən
16
football-plus.az

1Mənbələr